11 C
Baku
Tuesday, April 15, 2025

Azərbaycanda “Apple Pay” və “Google Pay”lə ödənişlər 2 dəfə artıb

2024-cü il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 mlrd. manat olmuş və ÜDM-in 6 mislini təşkil edib.

Banker.az AMB-yə istinadən xəbər verir ki, gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% yüksələrək 78.9 mlrd. manat olub.

Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü il ilə müqayisədə 8.6 faiz bəndi artaraq tarixi maksimuma çatmış və 64.2% olmuşdur.

“Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.

Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər