6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda “Apple Pay”lə 658 mln. manat, “Google Pay” 85.7 mln. manat ödəniş edilib

AzərbaycanMərkəzi Bankının təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə hesabat ilində “Google Pay” ödəniş həlli Azərbaycanda aktivləşdirilmişdir.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Hesabat dövrünün sonuna “Google Pay” xidmətinə 11 bank qoşulmuş və 2022-ci il ərzində bu xidmət vasitəsilə ümumi həcmi 85.7 mln. manat ekvivalentində 4 milyon ödəniş həyata keçirilib.

Eyni zamanda, ölkədə “Apple Pay” həllini təqdim edən 11 bank 3 tərəfindən hesabat ilində ümumi həcmi 658 mln. manat ekvivalentində olan 21.8 milyon ödəniş həyata keçirilib.

 

Son xəbərlər
Digər xəbərlər