2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 929.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 7.3% azalıb.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.