2023-cü ilin yanvar-fevral aylarında apteklərdə 209.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-fevral ayına nisbətən 2.4% azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.