1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda apteklər dərman satışından 209 milyon manat gəlir əldə edib – RƏSMİ

2023-cü ilin yanvar-fevral aylarında  apteklərdə 209.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-fevral ayına nisbətən 2.4% azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər