2023-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 119.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanva ayına nisbətən 4.3% artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.