Azərbaycanda quraqlıq hadisəsinin aqrar sığorta mexanizminə daxil edilməsi planlaşdırılır.
Bunu açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.
“Önümüzdəki hədəflərdən biri quraqlığın təminat altına alınmasıdır. Bu, ölkə üzrə ən böyük risklərdən biridir və onun aqrar sığorta mexanizminə daxil edilməsi üzərində uzun müddət ki, çalışırıq. Quraqlıq böyük fəlakətdir və yaxın zamanda düşünürəm ki, bununla bağlı məlumatlar veriləcək”, – deyə o qeyd edib.








