Azərbaycanda aqrar şirkət “Agrarco” MMC-nin ixracı bu il kəskin artıb.
Banker.az xəbər verir ki, şirkət 2026-cı ilin ilk iki ayında 26.8 mln. dollarlıq ixrac gerçəkləşdirib.
Bu 2025-ci ilin eyni dövründəki 4.9 mln. dollarla müqayisədə 5.5 dəfə çox artmış olub.
“AGRARCO” MMC Azərbaycanda fəaliyyət göstərən aqrar şirkətdir, 2017-ci ildə yaradılıb. Əsasən fındıq və müxtəlif meyvələrin yetişdirilməsi ilə məşğul olur. Şirkət yalnız istehsal etmir, eyni zamanda məhsulları emal edir, qablaşdırır və həm yerli bazarda satır, həm də ixrac edir.







