2022-ci ilin üçüncü rübündən rebrendinq edərək “Gilan Dairy Farms” MMC-dən “Qəbələ Aqropark” MMC-yə çevrilən şirkətin nizamnamə kapitalı 50 mln. Manata çatdırılıb.
Banker.az xəbər verir ki, sonuncu dəfə şirkətin nizamnamə kapitalı 4.65 mln. manat və ya 10.9% artımla 47.39 milyon manatı keçib.
Buna qədər şirkətin 42.75 mln. manat kapitalı vardı.
Aqropark hazırda “Milla Dairy” MMC-nin portfelindədir.