10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda aqroparkların buğda istehsalı kəskin artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparkların taxıl sahələrində buğda istehsalı artıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri  Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
2022-ci ildə aqroparkların taxıl sahələrində 2021-ci ilə nisbətən 61% daha çox, yəni 88.8 min ton ərzaqlıq buğda istehsal olunub. 2021-ci ildə də bu ərazilərdə buğda istehsalında illik 56%-lik artım olmuşdu – 55 min ton. 2020-ci ildə istehsal 35.2 min ton həcmində idi.
Son xəbərlər
Digər xəbərlər