8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda “aquapark”lara giriş qiymətləri – SİYAHI

Bildiyimiz kimi, artıq Azərbaycanda çimərlik mövsümü başlayıb. Bəzi istirahət mərkəzlərində dəniz kənarı ərazilərlə birlikdə əhali akvaparkların xidmətlərindən də istifadə edə bilərlər.

Bu gün ölkəmizdə olan akvapark və hovuzlar əksər hallarda hər hansı istirahət, fitness və SPA mərkəzinin və ya otelin tərkibində fəaliyyət göstərir. Bu tip obyektlərdə giriş haqqı xidmətlərin sayından, atraksiyonların müxtəlifliyindən, uşaqlar və böyüklər üçün ayrıca hovuzların olub-olmamasından və bir sıra digər amillərdən aslı olaraq əhəmiyyətli dərəcədə dəyişir.

Banker.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra akvapark və hovuzlarda giriş qiymətləri aşağıdakı kimidir:

Dalğa Beach Aquapark

Dalğa-da bazar ertəsi və çərşənbə axşamı giriş – 20 AZN; çərşənbə, cümə axşamı, cümə, şənbə günü giriş – 25 AZN; bazar günü giriş – 30 AZN-dir. Dalga Lite-a giriş isə həftə içi Xanımlar üçün – Pulsuz, Bəylər üçün – 10 AZN, 0-6 yaş – Pulsuz və 6-13 yaş – 5 AZN təşkil edir. Şənbə və Bazar günləri Xanımlar üçün – 10 AZN, Bəylər üçün – 15 AZN-dir. Həmçinin, “Dalğa beach”də qadınlar üçün ayrı hovuz var.

dalga beach


AF Hotel Aquapark

Novxanıdakı “AF hotel Aquapark”a daxil olmaq həftənin bütün günləri şənbə, bazar daxil olmaqla böyüklər üçün 20 AZN; ️12 yaşa qədər uşaqlar üçün 15 AZN; ️3 yaşına çatmamış uşaqlar üçün giriş pulsuzdur. Uşağın şəxsiyyətini təsdiq edən sənəd mütləq təqdim edilməlidir. Qiymətə daxildir; Aquapark, hovuz, uşaq hovuzu, dəniz kənarı ərazidən istifadə, çətir, tenis, bilyard, batut, yaşıllıq ərazilər, uşaqlar üçün oyun yerləri və s Səhər saat 9da açılır. Axşam 7-də bağlanır. İçəri qida və su buraxılmır. Dəsmal verilmir.
AF Hotel Aquapark

 


Spring Hotel Baku

Novxanı “Spring Hotel Resort & SPA”da həftə içi 0-5 yaş ödənişsiz, 6-12 yaş 15 AZN, 12 yaşdan yuxarı 20 AZN, şənbə və bazar günləri 0-5 yaş ödənişsiz, 6-12 yaş 20 AZN, 12 yaşdan yuxarı 25 AZN təşkil edir.
Spring Hotel Baku

 


Sea Breeze Hotel

Hovuza giriş 20 AZN-dir. Şezlong, çətir və dəsmal qiymətə daxildir.
Sea Breeze Hotel

 


Bilgah Beach aquapark

Həfət içi akvapark böyüklər üçün 40 AZN, uşaqlar üçün 20 AZN; Həftəsonu böyüklər üçün 50 AZN, uşaqlar üçün 30 AZN təşkil edir. 0-6 yaş uşaqlar pulsuzdur.
Bilgah Beach aquapark1

Atlant Hotel Nabran

Atlantın ərazisinə giriş bir nəfər üçün 13 azn təşkil edir. Uşaqlara 5 yaşa qədər giriş ödənişsizdir. 5 yaşdan tam ödəniş. Vaxt limiti 10.00 dan 20.00-dək. Qiymətə daxildir: -böyüklər üçün 2 açıq hovuz -böyüklər üçün 10 akvapark -uşaqlar üçün 3 açıq hovuz -uşaqlar üçün 10 sürüşkən və akvapark -stolüstü tennis -bilyard -mini futbol -çimərlik voleybolu -basketbol -badminton -6 növ idman trenajoru -böyüklər və uşaqlar üçün yelləncək -uşaq şəhərciyi -çimərlik.
Atlant Hotel Nabran

Amburan Beach Aquapark

“Amburan Beach Club”da 2023-ci ilin yay mövsümü üçün giriş qiymətləri həftəiçi günlər – 25 AZN; Şənbə və bazar – 35 AZN; Boyu 135 sm-dək və yaşı 10-a çatmamış uşaqlar üçün giriş pulsuzdur. Uşağın şəxsiyyətini təsdiq edən sənəd mütləq təqdim edilməlidir.
Amburan Beach Aquapark

Aqua Park Şıxov

Şıx qəsəbəsində yerləşən bu akvaparka giriş isə 15 manatdır. 3 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur.

Aqua Park


Khazar Golden Beach

Bu akvapark Mərdəkan ərazisində yerləşir. Bura giriş 6 yaşa qədər uşaqlar üçün ödənişsizdir. Həftə içi 6-12 yaş arası uşaqlar üçün 5 manat, böyüklər üçün isə 15 manat ödəniş haqqı tələb olunur. Həftə sonu 6-12 yaş arası uşaqlar üçün 10 manat, böyüklər üçün isə 20 manatdır. Xanımlara hazırda endirim var, giriş 10 azn təşkil edir. Qiymətə daxildir: dəniz, hovuz, bisetka, 1 ədəd şezlonq, 1 ədəd çətir və duş. Kənardan qida və içki məhsulları gətirmək qadağandır.

khazar golden beach1


Veranda Resort Hotel Villas

Hovuza giriş Böyüklər üçün iş günləri 20 AZN, 6-12 yaş Uşaqlar üçün 10 AZN; Böyüklər üçün qeyri iş günləri 25 AZN, Uşaqlar üçün 15 AZN, 0-5 yaş uşaqlar üçün pulsuzdur. Daxildir: lejanka,dəsmal,qardirob,duş

Veranda Resort Hotel Villas

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər