18 C
Baku
Wednesday, October 15, 2025

Azərbaycanda araq istehsalı azalıb, pivə istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1076.8 min dekalitr araq istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12.6% azdır.

Oktyabr ayının 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 167.3 min dekalitr təşkil edib.

Azərbaycanda pivə istehsalı isə 4 356.1 min dekalitr olub. Bu, bir il əvvələ nisbətən 1.3% çoxdur. Oktyabr ayının 1-nə ölkədə 276.5 min dekalitr pivə istehsal olunub.

Son xəbərlər
Digər xəbərlər