Azərbaycanda istehsal edilən əksər içkilərin həcmi artıb.
Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.
Məlumata görə, ölkədə 2020-ci ilin yanvar-sentyabr aylarında araq istehsalı 1 625.4 min dekalitr (1 dkl=10 litr) təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 21 faiz çox olması deməkdir. Son bir ayda anbarda olan arağın həcmi 248.7 min dkl-dən 264.4 dkl-ə qədər yaxınlaşıb.
Hesabat dövründə pivə istehsalı 4 560.7 min dkl təşkil edib, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Bununla belə, sentyabrda ehtiyat anbarında olan pivənin həcmi 294.8 min dkl-dan 317.6 min dkl-a qədər yüksəlmişdir.
İlin ilk üç rübü ərzində ölkədə 191 min dkl. üzüm şərabı istehsal edilib, bu öncəki illə müqayisədə 57.2% azalma deməkdir. Hazırda anbarda ehtiyatın həcmi 993 min dkl təşkil edir.
Brendi (konyak) istehsalı isə 18.2 min dkl olmuş, bu da 13 faizlik illik müqayisədə artımdır. Hazırda ehtiyat həcmi 15.5 min dkl həcmindədir.