Azərbaycanda araq və tütün məmulatlarının qiymətində bahalaşma müşahidə olunur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Araq, brendi (konyak) 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabr ayına nisbətən 0.1%, 2020-ci ilin yanvar ayına nisbətən 2.4% bahalaşıb.
Tütün məmulatları isə 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabr ayına nisbətən 0.1%, 2020-ci ilin yanvar ayına nisbətən 18.5% bahalaşıb.