2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda arbitrajda həll edilə bilən mübahisələr müəyyənləşib

Azərbaycanda arbitrajda həll edilə bilən mübahisələr müəyyənləşib.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, qanunun 13.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə biləcək.

Bundan başqa, cinayət və inzibati xətalarla bağlı işlər, inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər, ailə münasibətlərindən irəli gələn mübahisələr, şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər, əmək mübahisələri, ətraf mühitin mühafizəsi sahəsində mübahisələr, vərəsəlik işləri, əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr, rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr, müflisləşmə və iflasa dair işlər, hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı dair işlər (hüquqi şəxsin Azərbaycanda hüquqi ünvanı (olduğu yer) olduqda), fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda), yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər, Azərbaycan ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr arbitrajda həll edilə bilməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər