9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda arıçılara dövlət tərəfindən dəstək göstəriləcək

“Arıçılıqla məşğul olan fermerlərə dövlət tərəfindən dəstək göstəriləcək”.

Bunu açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələri arı ailələrinin bir rayondan digər rayona köçürülməsində iştirak edə bilər.

“Əsas məsələ karantin rejimi dövründə rejimin tələblərinə mübahisəsiz şərtlə əməl etməkdir. Birinci məqsədimiz insanların sağlamlığını qorumaqdır. Əgər bir rayondan digər rayona getmək zərurəti yaranarsa və yaxud arı ailələrinin daşınması ilə bağlı hər hansı bir zərurət yaranarsa, Nazirlər Kabinetinin təlimatlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələri, o cümlədən Aqrar Xidmətlər Agentliyi fermerlərə yardım edə bilər”, – deyə İ. Kərimov bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər