7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda armatur istehsalı 25% azalıb

Tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 1054.1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29.8 faiz artıb.

Banker.az bu barədə Dövlət sStatistika Komitəsinə istinadən xəbər verir.

Dövr ərzində tikinti gipsinin istehsalı 92.2 faiz, gips məmulatlarının istehsalı 70.4 faiz, beton istehsalı 16.2 faiz, tikinti şüşəsinin istehsalı 7.2 faiz, əhəng istehsalı isə 2.9 faiz artıb.

2023-сü ilin yanvar-noyabr aylarında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 36.8 faiz artmış, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 20.1 faiz, armatur istehsalı isə 24.5 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər