16 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda artırılan cərimələrin tam siyahısı açıqlandı

İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarının artırılmasından əlavə məcəlləyə yeni-333.1.1-ci (narkotikin təsiri altında avtomobil idarə edilməsi) maddəsi əlavə edilib.

Məcəlləyə edilmiş dəyişikliklər və əlavələr, tətbiq ediləcək cəzalar nədən ibarədir? Bununla bağlı suallara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli aydınlıq gətirib.

Qurum rəsminin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı fərmanda əsas məqamlardan biri məcəlləyə yeni- 333.1.1-ci maddənin əlavə edilməsidir:

“ Burda söhbət konkret olaraq narkotik təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsindən gedir. Bu maddənin sanksiyasında 600 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməl  təkrar törədildikdə isə 800 manat cərimə və ya 2 il  sürücülük hüququndan məhrum edilməklə 15 gündən 1 aya kimi inzibati həbs cəzası tətbiq edilə bilər. Əvvəl isə bu məsələ 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəyə uyğun olaraq tənzimlənirdi . Həmin maddənin sanksiyası 400 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrum etmə nəzərdə tuturdu.”

WhatsApp Image 2023 07 19 at 11 32 30

Fərmanda əskini tapmış əsas dəyişiklərdən biri isə avtomobil yollarının qorunması və saxlanılmasına görə cərimələrin artırılması ilə bağlıdır. Bu qaydanı pozan vəzifəli şəxslər üçün cərimə məbləği 500-800 manat, hüquqi şəxslər üçün isə 2-3 min manat olub. Əvvəl isə bu məbləğ vəzifəli şəxslərə münasibətdə 100-150 manat, hüquqi şəxslərə münasibətdə isə 1000-2000 manat idi.

Dəyişiklikdə cərimə məbləği ən çox artırılan cəza növü də budur.

WhatsApp Image 2023 07 19 at 11 41 31

Digər cəza və tətbiq ediləcək cərimələri cədvəl şəklində təqdim edirik:

WhatsApp Image 2023 07 19 at 11 44 08 WhatsApp Image 2023 07 19 at 11 44 08 1 WhatsApp Image 2023 07 19 at 11 44 08 2

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər