13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda aşağı faizlə nağd kredit verən banklar (Siyahı)

Banker.az olaraq banklarda 2023-cü ilin iyun ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 10%-18% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

i1 1

Qeydlər:

*ExpressBank – Təminatsız kreditin məbləği 300 – 40 000 AZN, komissiya 0%, təminatlıda məbləğ 10 000 – 50 000 AZN, komissiya min. 0,5%-dən başlayır. Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq.

*Xalq Bank – 31 dekabr 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.

*Kapital Bank – Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası – 0%, Borcun gəlirə nisbəti 45%-dən çox olduğu təqdirdə – 1%. Nağd pul kreditini onlayn şəkildə rəsmiləşdirən müştərilər krediti illik 10.9%-dən, Filialdan rəsmiləşdirmə edən müştərilər isə 11.9%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə biləcək.

*Naxçıvanbank – 2 Ayadək Güzəşt – İstənilən ayı güzəştli ay təyin etmək imkanı. Kampaniya 31 iyul tarixinədək keçərlidir.

*PAŞA Bank – “PAŞA Bank” və “PAŞA Qrup” əməkdaşları artıq kampaniya çərçivəsində endirimli kredit şərtlərindən yararlanacaqlar. Kampaniyanın müddəti: 5 İyun – 31 Avqust

*Turanbank – 23 may tarixindən etibarən istehlak kreditləri üzrə start verilən kampaniya 1 avqust 2023-cü il tarixinədək davam edəcək.

 

Son xəbərlər
Digər xəbərlər