13 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda aşağı faizlə pul krediti verən banklar – Siyahı

Banker.az olaraq banklarda 2023-cü ilin fevral ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 11.7%-29% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

*ABB – Krediti istənilən ABB filialından və ya bir neçə dəqiqəyə onlayn əldə bilərsiniz: http://kredit.abb-bank.az.

*Azər Türk Bank – 12, 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 12.5%, 13%, 14%, 15% səviyyəsində təyin edilmişdir. Bankın saytı vasitəsilə krediti online sifariş verə bilərsiniz.

*Expressbank –  Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq. 

*Yelo Bank – Bankın kredit kampaniyasında 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 11.7% ilə əldə edə bilərsiniz. Kampaniya 30 aprel, 2023-cü ilədək keçərlidir. Təklifdən faydalanmaq üçün istənilən Yelo filialına yaxınlaşa və ya krediti banka getmədən onlayn sifariş edə bilərsiz.

*Rabitəbank – Kampaniya 19.12.2022 – 06.03.2023 tarixləri arasında keçərlidir. Kampaniya müddətində bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World ) 1 illik pulsuz veriləcək.

*Yapı Kredi Bank – 20.000 AZN qədər zaminsiz , 20.000 və ya 40.000 AZN qədər bir zamin ilə , 40.000 AZN və üzəri girov təmini qarşılığı kredit əldə edə bilərsiniz.

ns 1

Son xəbərlər
Digər xəbərlər