“Bakı İnşaat-1” ASC səhmdarlarının ümumi yığıncağı 30 yanvar 2023-cü il saat 11.00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə keçiriləcək.
Bu barədə Banker.az-a “Bakı İnşaat-1” ASC-nin icra orqanından məlumat daxil olub.
İclasın gündəliyinə cəmiyyətin 2022-ci ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı; Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi və Cəmiyyətin idarəetmə orqanlarının və təftiş komissiyasının formalaşdırılması daxil edilib.
“Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir”- deyə, elanda bildirilir.