19 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda ASC ləğv edilir, əmlakı bölüşdürülür

“Bakı Yod” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə açıqlama yayıb.

Banker.az şirkətin elanına istinadən xəbər verir ki, cclasın 25 sentyabr 2024-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binasında keçirləcək.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

  1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
  2. “Bakı Yod” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;
  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər daxil edilib.

Xatırladaq ki, “Bakı Yod” ASC 2002-ci ildən dövlət qeydiyyatındadır. Onun nizamnamə kapitalı 202 968 manatdır.

Son xəbərlər
Digər xəbərlər