“Bakı Yod” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə açıqlama yayıb.
Banker.az şirkətin elanına istinadən xəbər verir ki, cclasın 25 sentyabr 2024-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binasında keçirləcək.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
- Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
- “Bakı Yod” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər daxil edilib.
Xatırladaq ki, “Bakı Yod” ASC 2002-ci ildən dövlət qeydiyyatındadır. Onun nizamnamə kapitalı 202 968 manatdır.