Gözlənildiyi kimi “İxtisaslaşdırılmış Tikinti-32” ASC ləğv olunması baş tutub.
Banker.az-ın əldə etdiyi məlumata əsasən ASC ləğv olunduğunu elan edir.
“Kreditorlar 14.08.2024-cü il tarixədək tələblərini AZ1030 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev 560-cı məhəllə 2090 ünvanına bildirə bilərlər”.
Qeyd edək ki, ASC-nin səhmdarları 7 iyun 2024-cü il tarixinə yığıncaq təyin etmişdi və həmin görüşdə onun ləğv edilməsi məsələsi müzakirəyə çıxarılmalı idi.
Xatırladaq ki, ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb və onun 35 438 manat nizamnamə kapitalı vardı.