15 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda “AstraZeneca” və “Sputnik Layt” vaksinlərinin kombinasiyasının təhlükəsizdir: Rusiya Fondu

Rusiyada və Azərbaycanda aparılmış tədqiqatlar “AstraZeneca” və “Sputnik Layt” vaksinlərinin kombinasiyasının təhlükəsiz olduğunu göstərib.

Bu fikir Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) məlumatında öz əksini tapıb.

Məlumatda deyilir: “RBİF, habelə “AstraZeneca” və “Sputnik Layt” şirkətləri “AstraZeneca” şirkətinin istehsal etdiyi vaksinin və “Sputnik Layt” preparatının kombinə edilmiş şəkildə tətbiqinin təhlükəsizliyini qiymətləndirmək üçün aparılmış klinik tədqiqatların ikinci fazasının aralıq nəticələrini elan edirlər. Rusiyada 100 könüllünün və Azərbaycanda daha 100 könüllünün iştirakı ilə aparılmış tədqiqatların gedişində bu preparatların kombinasıyasını optimal təhlükəsizliyi təsdiqlənib. Bu, daha əvvəl aparılmış klinik araşdırmaların nəticələrinə müvafiqdir”.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər