11 C
Baku
Tuesday, November 19, 2024

Azərbaycanda ata və iki övladı təhsil krediti götürüb

Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşdirilmiş təhsil tələbə krediti ilə bağlı statistika açıqlanıb.

Bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev qurumun hesabat xarakterli tədbirində məlumat verib.

Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində 4 ailənin 3 üzvü təhsil tələbə krediti alıb.

Direktor qeyd edib ki, bir ailə payız, 3 ailə isə yaz semestrində kredit alıb: “Bir ailədən ata və iki övladı kredit götürməyə müvəffəq olub. Həmçinin 270 ailənin iki üzvü təhsil tələbə krediti alıb. Onlardan 96-sı payız, 174-ü isə yaz semestrində kredit alıb. Ümumilikdə 274 ailənin Ümumilikdə iki və daha çox üzvü kredit alan ailələrin sayı 274-dür. 138 ailə (277 nəfər) sosial, 136-sı (275 nəfər) isə standart təhsil tələbə krediti götürüb”.

Qeyd edək ki, 2021-2022-ci təhsil ili üzrə təhsil tələbə kreditləri ilə bağlı 10 597 müraciət olub. Onlardan 6815-nə kredit verilib. 1147 müraciətə isə imtina verilib. Rəsmiləşdirilmiş təhsil tələbə krediti üzrə vəsaitin həcmi 5 991 947.67 manat olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər