Azərbaycanda sığorta hadisələri nəticəsinə avtomobillərə dəymiş zərəri qiymətləndirən “Audatex” sisteminə bu günə qədər 37 avtomobil markasının 557 modeli üzrə ehtiyat hissələrinin qiymətləri daxil edilib. Bunu açıqlamasında “Audatex-Azerbaijan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.
Onun sözlərinə görə, bununla da sistemə daxil edilməsi nəzərdə tutulan modellərin 74,35%-i əhatə edilib. İlin sonuna qədər bu nisbətin 90%-ə çatdırılması nəzərdə tutulub.
Z.Kərimzadə qeyd edib ki, ehtiyat hissələri ilə bağlı maksimum 95%-lik nəticəyə nail olunacaq: “100%-lik nəticə dünya təcrübəsində də yoxdur. Çünki daim bazara yeni avtomobil modelləri çıxır və onların ehtiyat hissələrinin qiymətlərini dərhal sistemə daxil etmək olmur. Həmçinin, bəzi köhnə, tələbat olmayan modellərin ehtiyat hissələrinin qiymətləri sistemdən çıxarılır”.
Bundan başqa, “Audatex” qiymətləndirmə sistemi tək-tək sürülən maşınları əhatə etmir: “Məsələn, İran istehsalı olan nəqliyyat vasitələrinə Azərbaycanda demək olar ki, rast gəlmək mümkün deyil. Çünki beynəlxalq bazar İranın avtomobil istehsalçıları üçün demək olar ki, bağlıdır”.
“Həmçinin, “Lamborghini”, “Ferrari” kimi lüks avtomobil markaları da “Audatex” sistemində yoxdur. Çünki bu maşınları sürənlərin sayı yox dərəcəsindədir”, – deyə Z. Kərimzadə qeyd edib.
Report
Azərbaycanda sığorta hadisələri nəticəsinə avtomobillərə dəymiş zərəri qiymətləndirən “Audatex” sisteminə bu günə qədər 37 avtomobil markasının 557 modeli üzrə ehtiyat hissələrinin qiymətləri daxil edilib. Bunu “Report”a açıqlamasında “Audatex-Azerbaijan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.