6 C
Baku
Thursday, December 5, 2024

Azərbaycanda auditdən yayınmaya görə inzibati məsuliyyət gücləndirilə bilər

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. “Qanunvericilikdə nəzərdə tutulmuş auditdən yayınmaya görə inzibati məsuliyyətin gücləndirilməsinə dair” təkliflər;

2. 2021-ci il üzrə auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması;

3. “Hüquqi şəxs tərəfindən aidiyyatı şəxslərlə əqdlərin bağlanmasının auditinə dair Metododik Göstəriş”in hazırlanması;

4. Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiya;

5. Auditorlar Palatasının Keyfiyyətə nəzarət üzrə Apellyasiya Komissiyasının iclasının protokolunun müzakirəsi.

 

 

Son xəbərlər
Digər xəbərlər