“ASG Holding” şirkətlər qrupunun prezidenti sərnişinləri helikopter vasitəsilə daşıyan “ASG Helicopter Services” MMC-dən 2023-cü ildə 1 mln. manat dividend əldə edib.
Banker.az-a daxil olan məlumata görə, 2020-ci ildən şirkəti “Silk Vey Devlopment” MMC-dən satın alan Teymur Məmmədov aviaşirkətin səhmlərinin 100%-dir.
Onun aviaşirkəti 2022-ci ildə 9.88 mln. manat xalis mənfəət əldə edib. Bu, 2021-ci ildə 20.04 mln. manat idi. 1 yanvar 2023-cü il tarixinə aviaşirkətin kapital balansındakı bölüşdürülməmiş mənfəət 101.25 mln. manata yüksəlib.
Əldə edilən məlumata görə, dividend elanı 2023-cü ilin fevralında edilsə də, ödəniş həmin ilin noyabrda baş tutub. Fevralda 1.4 mln. manat dividend elan edilsə də, noyabırda cəmi 1.05 mln. manat ödəniş həyata keçib.
Xatırladaq ki, “ASG Helicopter Services” MMC 2008-ci ildə yaradılıb və 34.31 milyon manat nizamnamə kapitalı var. Səhmdarı fiziki şəxs Teymur Məmmədovdur. O, şirkəti 2019-cu ildə “Silk Vey Devlopment” MMC-dən satın alıb.