1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda aviaşirkətlər sərnişindaşımadan ₼1.47 milyardlıq gəlir əldə ediblər

Azərbaycanda hava nəqliyyatının üzrə sərnişindaşımalr 2023-cü ildə artıb.

Banker.az xəbər verir ki, ötən il təyyarələr ümumilikdə 2 milyon 911.6 min sərnişin daşıyıblar. Bu da 2022-c illə müqayisədə 29.2% artım deməkdir.

Hava nəqliyyatı ilə sərnişindaşımaların 2 milyon 184.8 min nəfəri (illik: +45.3%) və 726.8 min nəfəri daxili (-3.1%) reyslərin hesabına baş verib.

Aviaşirkətlər sərnişindaşınmasından 1 milyard 473.61 mln. manatlıq gəlir əldə edilib ki, bu da 2022-ci ildə qeydə alınmış 1 mlrd. 261.87 mln. manatdan 16.8 faiz çoxdur.

Sərnişindaşımadan gəlirlərin 1 mlrd. 419 mln. manatı xariclə və 297.5 mln. manatı isə daxildə olan resylərdən əldə edilib.

 

Son xəbərlər
Digər xəbərlər