11 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda aviaşirkətlərin karqodan gəlirləri 41% azalıb – Bir ilə cəmi ₼2.15 mlrd. gəlir!

Azərbaycanda aviaşirkətlərin yükdaşımadan gəlirləri 2023-cü ildə kəskin azalıb.

Banker.az bunu rəsmi statistik rəqəmlərə istinad edir.

Aviadaşıyıcıların gəlirləri ötən il 2 mlrd. 152.23 mln. manat olub.

Bu da 2022-ci illə müqayisədə 1 mlrd. 490.71 mln. manat və ya 41 faiz azdır.

2022-ci ildə aviadaşıyıvılar 3 mlrd. 642.94 mln. manatlıq gəlir əldə etmişdilər.

Təyyarələrlə 2022-ci ildə 406.8 min tonluq yük daşındığı halda, 2023-cü ildə bu rəqəm 12.1% azalaraq 357.4 min ton olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bunun da 351.6 min tonu beynəlxalq yükdaşımalardır.

Son xəbərlər
Digər xəbərlər