26 C
Baku
Tuesday, September 9, 2025

Azərbaycanda aviaşirkətlərin sərnişin daşınmasından gəlirləri azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaların 2025-ci ilin ilk yarısında illik müqayisədə 2.6 faiz artıb.

Banker.az xəbər verir ki, ölkə ərazisindən ümumilikdə 1  milyon 861,1 min nəfər sərnişin daşınıb. Bu öncəki ilin müvafiq dövründə 1 milyon 814.3 min nəfər idi.

Beynəlxalq reyslərlə 1 milyon 518,9 min sərnişin olmaqla illik 3.8 faiz artım edərkən, daxili reyslərlə sərnişin daşınma 342,2 min olub və bu da keçən ildən 2.3 faiz azdır.

Bununla belə, aviaşirkətlərin ümumlikdə avia sərnişin daşınmasından gəlirləri illik müqayisədə 3.4 faiz azalaraq 869.4 mln manata düşüb. Keçən ilin eyni dövründə bu rəqəm 899.72 mln nəfər idi. Gəlirlərdəki əsas azalma beynəlxalq reyslərlə sərnişin daşınmadan olan gəlirlərin illik 4.6 faiz azalma ilə 831.3 mln manata düşməsidir.

Bu il aviadaşıyıcıların yükdaşımadan gəlirləri də öncəki ildən zəifdir. Məsələn, yükdaışma həcmi ilk yarımildə 187.6 min ton olmaqla illik 10.5 faiz az olub. Ondan gələn gəlirlər isə 13.9 faiz azalaraq 1 mlrd. 108.65 mln. manata düşüb.

Son xəbərlər
Digər xəbərlər