12 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda aviaşirkətlərin sərnişindaşımalardan gəlirləri ₼637-ni keçib

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaların sayı və eləcə də ondan gəlir yüksəlib.

Banker.az xəbər verir ki, aviaşirkətlər tərəfindən ölkə ərazisindən 2023-cü ilin ilk 6 ayında  1 milyon 233.4 ümumilikdə sərnişin daşınıb. Bu da illik müqayisədə 49% artımdır.

Bunun 914.1 min sərnişini beynəlxalq reyslə, 319.3 mini isə ölkə daxilində daşınıb. Beynəlxalq reyslərlə sərnişindaşıma illik 2 dəfə artdığı halda, daxili daşımaların sayı 13.1 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Qeyd edək ki, Azərbaycanda sərnişindaşımaları əsasən dövlət şirkəti “Azərbaycan Hava Yolları” QSC (AZAL) edir.

Aviaşirkətlərin gəlirləri də yüksəlib. Belə ki, 2023-cü ilin birinci yarısında hava nəqliyyatı üzrə sərnişindaşımalardan 637.51 milyon manat gəlir əldə edilib. Bu 2022-ci ilin eyni dövründə 434.33 milyon manat olduğunu nəzərə alsaq, illik gəlirlər 46.8 faiz artıb.

Gəlirlərin 613.18 milyon manatı (illik müqayisə: +54%) beynəlxalq sərnişindaşımalardan və 24.33 mln. manat (-32.9 faiz) isə daxili sərnişindaşımalardan əldə edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər