Birja üzrə Analitik Faiq Əhmədov Banker.az-la yaxın dövr bazarla bağlı proqnozları ilə paylaşmışdır. Onun proqnozlarına görə yaxın 3-4 həftə ərzində Azərbaycanda avronun qiymətinin qalxması ehtimalı böyükdür.
Analitikin fikirlinə görə, dünya bazarlarında avro dollar cütlüyünün hazırki qiyməti 1.1280 təşkil edir və bu göstərici növbəti 1 ay ərzində avronun xeyrinə dəyişərək 1.1870- 1.2170 civarında olacaqdır. O Azərbaycanda fəaliyyət göstərən banklarada risklərini sığortalamaq baxımından , likvid dollar vəsaitlərinin bir hissəsinin avroya keçirilməsini tövsiyyə edir.
Onun fikrincə, son dövrlər bəzi ekspertlərin manatın məzənnəsinin Neft fondunun portfelində dollar və avroya nəzərən asılı olması, orada olan həssaslığın bir başa manata ötürülməsini doğru saymır. “Bu faktor yalnız dolayı yolla manatın məzənnəsinə bir müddətdən sonra təsir edə bilər” dəyə Faiq Əhmədov bildirmişdir.
Hal-hazırda, manatın avroya nəzərən məzənnəsi 1.1809. Nöbəti 1 ay ərzində analitikin fikrincə manatın avroya nəzərən məzənnəsi 1.2680-1.2780 civarında olacaqdır.