Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı aylıq müqayisədə 35,85% artaraq 2016-cı ilin sentyabr ayında 35 265,1 min təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbərə görə, 2016-cı ilin ilk 9 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 193 141,8 min avro olub. Avqustda isə əhalinin kommersiya banklarından xalis avro alışı 25 959 min təşkil edib.
Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis avro satışının həcmi 70 629,6 min olub.
ELƏCƏ DƏ BAX: Banklar dollar və avronu neçəyə satır? [SİYAHI]
“Report”un analitik qrupu qeyd edir ki, əhalinin avroya tələbatının artması daxili bazarda xarici valyutaya yaranan tələblə bağlı olub.