Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2 faiz azalıb.
Dövr ərzində 451 ədəd traktor, 436 ədəd minik avtomobili istehsal olunmuş, fəvvarə armaturunun istehsalı 53,7 faiz, ştanqlı quyu nasoslarının istehsalı 30,2 faiz, mancanaq dəzgahlarının istehsalı 9,7 faiz artıb.