10 C
Baku
Friday, December 12, 2025

Azərbaycanda avtomobil istehsalında kəskin eniş – ehtiyatda cəmi 166 maşın qalıb

Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvarnoyabr aylarında 553.3 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 8.7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 33.9 faiz azalıb.

2025-сi ilin yanvar-noyabr aylarında 3736 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1489 ədəd az minik avtomobili istehsal olunmuşdur. 01.12.2025-ci
il vəziyyətinə hazır məhsul ehtiyatı 166 ədəd təşkil edir.

Yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 17.4 faiz, yük avtomobillərinin istehsalı isə 52.6 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər