3 C
Baku
Monday, December 29, 2025

Azərbaycanda avtomobil sığortası üzrə ödənişlər 21.6% artıb

Ötən il Azərbaycanda sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 39 mln. 672 min manat sığorta haqqı toplanıb, 15 mln. 849 min manat isə sığorta ödənişləri həyata keçirilib.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən statistikaya əsasən apardığı hesablamalara görə, bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 2 mln. 796 min manat (7.6%) və 2 mln. 810 min manat (21.6%) çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər