9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda avtomobil yanacağına tələb yüksəlir – İstehsal və satışlar 10% artıb

Azərbaycanın Neft Emalı Zavodu 2023-cü ilin yanvar-fevral ayları ərzində avtomobil yanacaqları istehsalını əhəmiyyətli dərəcədə yüksəldir.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinad edir.

Qeyd edilir ki, ilin ilk 2 ayı ərzində 248.9 min ton avtomobil benzini istehsal etməklə 2023-cü ilin müvafiq dövrünü 14.8 faiz geridə qoyub. Ehtiyatda olan benzinin həcmi 53.8 min tondur.

Dizel istehsalının həcmini dizel yanacağını illik müqayisədə 7.8 faiz artırmaqla 383.6 min ton təşkil edib.

Hesabat müddətində ağ neftin istehsal həcmi illik müqayisədə 19.8 faiz artaraq 102.7 min ton təşkil edib.

İstehsal həcminin artması daxili tələbin yüksəlməsi ilə əlaqədardır. Belə ki, DSK-nin son açıqlamasına əsasən Azərbaycanda əhali cari ilin ilk iki ayında avtomobil yanacağına ümumilikdə 449.4 milyon manat xərc çəkib. 2023-cü ilin eyni dövründən 10 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər