Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, buna səbəb Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəzadır. Qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
O, qeyd edib ki, Hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.
Ərazidə “Azərsu”nun əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və Baş Dövlət Yol Polisinin əməkdaşları da işləyir.