Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi 2021-ci ildə 2.02 milyon manat xalis mənfəət əldə edib.
Banker.az “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyinin hesabatına istinadən xəbər verir ki, zavodun satışdan gəlirləri illik müqayisədə 14.2% və ya 14.07 milyon azalaraq cəmi 82.85 milyon manat olub. Cəmi gəlirləri isə 84.86 milyon manat olub.
Hesabat dövründə, GAZ 505 min manat mənfəət vergisi ödəyib.
GAZ 2020-ci ildə 7.4 milyon manat xalis mənfəət açıqlamışdı.2021-ci ildə zavodun cəmi aktivləri illik müqayisədə 20.3% artaraq 97.72 milyon manat, cəmi öhdəlikləri 29.3% artaraq 66.1 milyon manata, balans kapitalı isə 5.1 % artaraq 31,625 milyon manata çatıb.