Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6,925 milyon manat sığorta haqqı toplanılıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.
Son 1 ildə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 11,55% artaraq 6,059 milyon manata çatıb.
Ötən il bu sığortadan toplanmış hər 100 manatı 87,5%-i müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 83,4 manat olub. /Report