Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 70 milyon 783.3 min manat sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu müddətdə eyni sığorta növü üzrə 42 milyon 221 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7%, ödənişlər 13.3% azalıb.
Hesabat əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 29 milyon 264.8 min manat sığorta haqqı yığılıb, 9 milyon 636,8 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 13.2%, ödənişlərdə isə 5.3% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 581 milyon 509 min manat, ödənişləri 307 milyon 762 min manat təşkil edib.