Azərbaycanda bəzi kateqroyalara aid vətəndaşlara avtomobillərini park etmək üçün güzəştlərin verilməsi yaxşı olardı.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bildirib.
“Ölkədə tətbiq olunan “Azparking” mobil tətbiqi çox mütərəqqi sistemdir. Bu sistemdən istifadə edən bəzi şəxslər güzəştlərə malikdir. Məsələn, yaşadıqları binanın ətrafında avtomobillərini park edənlər ödənişdən azaddırlar. Bizə müraciətlər olur ki, mümkündürsə, bu güzəştlər digər kateqoriyadan olanlara da şamil edilsin. Bilmirəm, bu, nə dərəcədə mümkündür, amma vətəndaşlarımız 8 saat işdə olur. Onlar işə gələndə avtomobillərini iş yerinin qarşısında park edir və buna görə böyük məbləğ ödəməli olur. Təsəvvür edin ki, əgər 1 saatlıq parklamaya görə ödəniş 1 manatdırsa, bu, gün ərzində böyük məbləğ edir. Və yaxud ali məktəblərdə dərs deyən müəlimlər, eləcə də bəzi tələbələr işə avtomobillə gəlirlər. Onlar da güzəştlərdən məhrumdurlar. Yaxşı olmazdı ki, güzəştli kateqoriyaya bu şəxslər də aid edilsin?”, – deyə o qeyd edib.