9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda ayaqqabı istehsalı 45% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 377.1 milyon manat dəyərində toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatları, ayaqqabı istehsal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 11.4 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 8.8 faiz, geyim istehsalında isə 12.3 faiz azalma müşahidə olunub.

Onu da qeyd edək ki, 2023-cü ilin 10 ayında Azərbaycanda 614.5 min cüt ayaqqabı istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45% azalma deməkdir.

Son xəbərlər
Digər xəbərlər