11 C
Baku
Tuesday, December 23, 2025

Azərbaycanda bələdiyyə seçkilərinə 54 mln. xərclənəcək

Azərbaycan hökuməti 2019-cu ildə növbəti bələdiyyə seçkilərinin keçirilməsi üçün 53,9 mln. manat (cari məzənnə ilə $31,7 mln.) ayıracaq. Banker.az bildirir ki, bu barədə “İnterfaks (az)” agentliyinə hökumətdən məlumat verilib.

«Bu vəsaitlər gələn ilin dövlət büdcəsində nəzərdə tutulub», – deyə məlumatda bildirilir.

Bundan başqa, büdcə materiallarına əsasən, 2019-cu ildə keçirilməsi nəzərdə tutulan əhalinin sıyahıyaalınmasının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 23,2 mln. manat ($13,6 mln.) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin 2019-cu ilin dekabr ayında keçirilməsi planlaşdırılır.

Əhalinin növbəti siyahıyaalınması 1-10 oktyabr 2019-cu il tarixlərində keçiriləcək.

Sonuncu dəfə Azərbaycanda əhalinin siyahıyaalınması 2009-cu ilin aprel ayında keçirilib. Siyahıyaalınmanın nəticələrinə əsasən, ölkədə 8,922 mln. nəfər yaşayır. Bundan başqa, müəyyən edilib ki, əhalinin 54%-i və ya 4,818 mln. nəfər şəhərlərdə, 46%-i və ya 4,104 mln. nəfər isə kəndlərdə yaşayır.

Son xəbərlər
Digər xəbərlər