10 C
Baku
Thursday, December 26, 2024

Azərbaycanda bərpaolunan enerji istehsalçılarına vergi güzəşti tətbiq ediləcək

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasını həyata keçirən və bərpaolunan enerji istehsal edən sahibkarlıq subyektlərinə vergi güzəşti tətbiq ediləcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov Bakıda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda bildirib.

“Qarşıdakı dövrdə “Yaşıl Enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəalaiyyət göstərən, ətraf mühiti sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpa olunan enerji mənbələrindən enerji istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılması və investisiyaların stimullaşdrılması üçün əlavə təşviq edici iqtisadi alətlərindən istifadə ediləcək ki, burda vergi güzəştləri əsas yeri tutacaq. Bununla yanaşı ötən müddət ərzində ölkə üzrə müəyyən edilmiş hədəflərə nail olunması, karbon qiymətləndirmə alətlərinin tətbiqi mexanizmləri və digər məsələlərlə bağlı mütəmadi olaraq beynəlxalq təcrübəni öyrənmişik”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər