20 C
Baku
Monday, April 7, 2025

Azərbaycanda bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65%-nin ixrac edilməsi planlaşdırılır

Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrinə fəal şəkildə sərmayə yatırılır. 2027-ci ilə qədər biz bərpaolunan enerji mənbələri sahəsində 10 layihə həyata keçirməyi planlaşdırırıq ki, bu da müəyyən edilmiş gücün təxminən 2 giqavatını və 2,7 milyard dollar məbləğində investisiyanın cəlb edilməsini təmin edəcək.

Bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov ADA Universitetində keçirilən “İnnovativ yollarla yaşıl gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışnda deyib.

O bildirib ki, yaşıl enerji istehsalı ilə əlaqədar Azərbaycanda həyata keçirilən layihələr iqtisadiyyatın və enerji balansının şaxələndirilməsinə töhfə verməklə yanaşı, həm də böyük iqtisadi fayda gətirir.

“İlk öncə, bərpaolunan enerji mənbələrinin inkişafı iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirir. İkincisi, elektrik stansiyalarında istifadə olunan əlavə qaz həcmlərini yönəltməyə imkan verir. 2027-ci ilə qədər isə dörd əsas strateji dəhliz üzrə növbəti addımların reallaşdırılması, 2030-cu ilə qədər isə bərpaolunan enerji mənbələri çərçivəsində istehsal olunan enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılır”, – deyə nazir müavini vurğulayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər