10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bəzi baş mühasiblərdən fərqli yanaşma

Bəzi baş mühasiblər yeni mühasib işə girdikdə, ona müxtəlif rakurslardan baxır. Bununla bağlı sorğu və araşdırma apardıqda nədən qaynaqlandığını üzə çıxarmağa çalışmışam. Bunun qiymətini isə qoy oxucular versin.

Misala nəzər salaq:
A təşkilata mühasib təyin olunur. Baş mühasibin fikri öz yerini qorumaq üçün, onu işə yaxın buraxmamağa və sükanı yeni gələnə verməmək üçün müxtəlif bəhanələrlə onu zərərsisləşdirmək üçün və özündən tam aslı etmək üçün aşağıdakı işləri görməyə başlayır:
1. Ona yalnız operator işi gördürür.
2. Balansa yaxın buraxmır.
3. Müdirlə təmasa imkan vermir.
4. Özündən daha üstün olduğunu gördükdə, müdirin yanında onun işini bacarmadığını qeyd edir.
5. Hər bir xırda səhvi böyüdür.
Bu sayı daha da artırmaq olar. Amma baş mühasibin yeni gələndən çəkinməsi onu özündən savadlı olması və ya cavan olması amilərindən də qaynaqlanır. Yəni savadlı və cavan kadr, müdirin diqqətini cəlb etsə, baş mühasibin işsiz qalma ehtimalı daha yüksəkdir.

Sorğu
Sorğu göstərir ki, işini bilən və özünə arxayın olan baş mühasib hər zaman işində qalır. Belə şəxslərə hər zaman tələbat var. Bu günün tələbatı öz üzərində işləməkdən keçir.

Elan
Bəzi hallar olur ki, mühasib köməkçisi tələb olunur elanı verirlər. Nəticədə gələn şəxsin bütün maliyyə işini gördürürlər. Bu o da onunla bağlıdır ki, həmin təşkilatda maliyyə sahəsində müdirin qohumları işləyir və yükü daha asan etmək üçün, bu varianta əl atırlar. Yəni mühasib köməkçisi operator və xırda mühasibatlıq işləri görmək üçün lazımdı. Amma işə girdikdə rəhbərlik deyir, bizdə giriş var, çıxış əmək kitabçasını korlamaqla prinsipindən keçir. Şəxs də məcbur olur bu tələbi yerinə yetirsin.

Hadisə
Yadımda bir müəllimim var idi. Deyirdi bir bacım var. Maliyyə işindədir. Şöbədə 7 nəfər adam var. Amma mənim bacım gecə 12-yə kimi işləyir. Deyir məndən başqa 6 nəfər müdirin adamıdı. Etiraz edəndə deyirlər, ərizəni yaz çıx. Bu da işə mane olan səbəblərdəndir

Qanunvericilik
Baş mühasibin işi məsuliyyətli işdir. Amma qanunvericilikdə, təəsüf olsun qeyri ixtisas sahibləri üçün qadağa və bunu tam tənzimləyən qanunvericilik yoxdur.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər