Azərbaycanda bir sıra turizm potensialı olan rayonlardakı hotellərin gəlirləri heç maya dəyərini qarşılamır.
Banker.az bunu Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmləri hesablayaraq bu qənaətə gəlir.
2023-cü ilin ilk üç rübü ərzində hotel sənayesi 160.5 milyon manat gəlir əldə ediblər ki, bu illik müqayisədə 40% artımdır. Bu gəlirlərə qarşı hotellərin xərcləri 114.3 milyon manat xidmət istehsalına və eləcə də məhsullara xərc çəkiblər. Bu da o deməkdir ki, hotellər ilin ilk üç rübü ərzində 46.18 mln. manat mənfəət əldə ediblər. Hotellər öncəki ildə 7.78 mln. manat mənfəət əldə etmişdilər.
Hotellərin gəlirlərinin böyük hissəsini və ya 59%-ni Bakı şəhərinin hesabıına baş verir. Bu sənaye üzrə regionlardan TOP5 ən çox gəlir Qəbələ (12 mln. manat), Quba (10.08 mln. manat), Xaçmaz (6.92 mln. manat), Şabran (5.43 mln. manat) və Lənkəran rayonudur (4.71 mln. manat).
Bəzi turizm əhəmiyyətli rayonlarda hotel sənayesi zərərlə işləyir. Məsələn, Şahdağ Turizm Mərkəzinin yerləşdiyi Qusar rayonunda hotellər
Bununla belə sıralamada turizm üçün əlverişli olan Qusar rayonunda hotellər 4.35 mln. manat gəlir əldə etsələr 5.08 mln. manatlıq ümumi xərc onları 734.9 min manat zərərə salıb.
2023-cü ilin ilk üç rübündə hotellərin gəlir və xərcləri rayonlar üzrə, min manat | |||
Rayon və şəhər | Gəlir | Xərc | Mənfəət (zərər) |
Cəmi | 160,504.8 | 114,319.9 | 46,184.9 |
Bakı ş. | 95,392.6 | 63,668.3 | 31,724.3 |
Qəbələ r. | 11,999.4 | 9,303.4 | 2,696.0 |
Quba r. | 10,084.5 | 6,311.8 | 3,772.7 |
Xaçmaz r. | 6,920.3 | 4,782.3 | 2,138.0 |
Şabran r. | 5,433.7 | 4,478.0 | 955.7 |
Lənkəran r. | 4,713.8 | 3,583.9 | 1,129.9 |
Naftalan ş. | 4,700.1 | 3,527.4 | 1,172.7 |
Qusar r. | 4,350.1 | 5,085.0 | (734.9) |
Şamaxı r. | 3,021.5 | 2,338.0 | 683.5 |
İsmayıllı r. | 2,196.8 | 1,665.6 | 531.2 |
Qax r. | 1,644.7 | 998.2 | 646.5 |
Naxçıvan MR | 1,519.5 | 1,192.9 | 326.6 |
Şəki r. | 1,486.2 | 844.3 | 641.9 |
Masallı r. | 1,178.0 | 574.8 | 603.2 |
Gəncə ş. | 823.5 | 703.9 | 119.6 |
Şuşa r. | 788.2 | 879.4 | (91.2) |
Sumqayıt ş. | 689.4 | 572.3 | 117.1 |
Astara r. | 504.1 | 428.2 | 75.9 |
Göygöl r. | 436.4 | 569.5 | (133.1) |
Lerik r. | 434.7 | 463.2 | (28.5) |
Mingəçevir ş. | 300.7 | 680.9 | (380.2) |
Ağcabədi r. | 233.7 | 72.1 | 161.6 |
Tovuz r. | 199.1 | 156.1 | 43.0 |
İmişli r. | 184.9 | 244.3 | (59.4) |
Goranboy r. | 120.7 | 77.3 | 43.4 |
Zaqatala r. | 119.8 | 99.4 | 20.4 |
Balakən r. | 114.6 | 205.2 | (90.6) |
Gədəbəy r. | 99.7 | 82.8 | 16.9 |
Oğuz r. | 92.2 | 48.9 | 43.3 |
Şirvan ş. | 86.5 | 59.3 | 27.2 |
Abşeron r. | 84.1 | 81.1 | 3.0 |
Xızı r. | 70.0 | 72.0 | (2.0) |
Göyçay r. | 60.7 | 52.3 | 8.4 |
Şəmkir r. | 57.1 | 79.7 | (22.6) |
Bərdə r. | 52.2 | 35.6 | 16.6 |
Sabirabad r. | 52.0 | 17.0 | 35.0 |
Kürdəmir r. | 44.9 | 37.8 | 7.1 |
Yardımlı r. | 39.8 | 20.6 | 19.2 |
Ağstafa r. | 27.1 | 20.2 | 6.9 |
Tərtər r. | 22.9 | 13.6 | 9.3 |
Salyan r. | 19.3 | 18.2 | 1.1 |
Cəlilabad r. | 18.9 | 15.9 | 3.0 |
Beyləqan r. | 18.8 | 14.0 | 4.8 |
Biləsuvar r. | 17.4 | 13.2 | 4.2 |
Daşkəsən r. | 15.7 | 18.5 | (2.8) |
Saatlı r. | 10.8 | 36.8 | (26.0) |
Qazax r. | 9.6 | 65.1 | (55.5) |
Ağsu r. | 8.1 | 5.7 | 2.4 |
Ağdaş r. | 4.3 | 4.5 | (0.2) |
Zərdab r. | 1.7 | 1.4 | – |
Xankəndi ş. | – | – | – |
Xocalı r. | – | – | – |
Xocavənd r. | – | – | – |
Cəbrayıl r. | – | – | – |
Kəlbəcər r. | – | – | – |
Qubadlı r. | – | – | – |
Laçın r. | – | – | – |
Zəngilan r. | – | – | – |
Qobustan r. | – | – | – |
Samux r. | – | – | – |
Ağdam r. | – | – | – |
Füzuli r. | – | – | – |
Siyəzən r. | – | – | – |
Ucar r. | – | – | – |
Yevlax r. | – | – | – |
Hacıqabul r. | – | – | – |
Neftçala r. | – | – | – |